О нас

О нас

“Aytən” məktəbəqədər hazırlıq və uşaq inkişaf mərkəzi 2019-cu il 13 aprel tarixindən fəaliyyətə başlayır. Mərkəzimizdə 3 yaş – 6 yaş qrupu uşaqlar üçün müxtəlif maraqlı inkişafetdirici məşğələlər təşkil edilmişdir:

  • Azərbaycan dili
  • Rus dili
  • İngilis dili
  • Kompüter bacarıqları
  • Rəqs
  • Gimnastika
  • Şahmat
  • Musiqi
  • ART
  • Robototexnika
  • Sensor məşğələlər
  • Nitqin inkişafı
  • Bədii təfəkkürün inkişafı
  • Məntiqi və riyazi təfəkkürün inkişafı
  • Savad təliminə hazırlıq və nitqin inkişafı
  • Kiçik və böyük matorikanın inkişafı
  • İdrakın inişafı
  • Estetik və yaradıcı inkişaf
  • Social –emosional inkişaf
  • Dünyagörüşün artırılması və s.

Məşğələlər yerli və beynəlxalq  təhsil standartlarına, beynəlxalq təcrübə əsasında keçirilir. Məşğələlərin təşkilində fin metodikası üstünlük təşkil edir. Kiçikyaşlılarda oyunlarla özünüinkişaf  yolları formalaşdırıılır.

Məktəbəqədər təhsilin əhəmiyyəti və rolu. 3-6 yaş dövrü uşaqların inkişafında çox mühüm dövrdür. Məhz bu dövrdə uşaqların beyin hüceyrələrinin artması və onlar arasında əlaqələrin qurulması prosesi baş verir. Bunun da nəticəsində uşağın düşünmə, qavrama və ətraf mühitdə insanlar və əşyalarla qarşılıqlı təsir istiqamətində daha mürəkkəb mərhələyə keçməsi üçün zəruri dəyişikliklər baş verir. Beynin düzgün inkişafı şəraitində potensial dərketmə qabiliyyətləri artır. Əslində beyin o vaxt düzgün inkişaf edir ki, uşaq müsbət (özünü sevilən hiss edir) psixoloji və stimullaşdırıcı (uşağın ətrafında olan böyüklər: ana, tərbiyəçi və b.) mühitdə böyüyür.

Valideynlərin istəyindən asılı olaraq məşğələlər günün müəyyən saatlarında 3 (üç) dildə: Azərbaycan, ingilis, rus dilində təşkil edilir.